Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
03 Avq 2021 07:36
3492

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Qarabağ Müharibəsinin gedişatı barədə yeni detallar üzə çıxır.

“Yeni Sabah” xəbər verir ki, "Yaşma”nın Ermənistanın işğal altındakı torpaqlarımızda yerləşdirilən 3-cü alayının 7-ci bölüyünü tam heyətlə məhv etməsinin detalları aydın olub. 

Belə ki, Ağdamdakı mövqelərindən çıxarılaraq Hadrut istiqamətinə göndərilən batalyon qəsəbəni işğaldan azad etmiş Ordumuza qarşı vuruşmalı idi. 2020-ci il oktyabrın 10-da imzalanmış atəşkəs razılaşmasını pozmağı planlaşdıran düşmən qəfil həmlə ilə Hadrutu yenidən nəzarətə almağı hədəfləyirdi.

Oktyabrın 10-dan 11-nə keçən gecə kapitan Gevorq Gevorqyanın başçılıq etdiyi bölük hücum cəhdlərinə başladı. Bölüyə qarşı döyüşlərə Milli Ordunun "Yaşma” kimi tanınan xüsusi təyinatlı hərbçiləri cəlb olundu. Yüksək döyüş hazırlığı və seçilən düzgün hərbi taktika Hadruta daxil olmağa çalışan düşmən qüvvələrinin mühasirəyə alınmasına səbəb oldu.

5 saat davam edən döyüşdə düşmənin hərbi texnikası, o cümlədən yük maşınları məhv edildi. İşğalçı ordunun 7-ci bölüyünün 72 hərbçisi, başda kapitan Qevorq Qevorqyan olmaqla məhv edildi.

Böyük itkilər verən düşmən Hadruta nəzarəti yenidən ələ keçirmək niyyətlərindən vaz keçməli oldu. Hadrut istiqamətindəki məğlubiyyət Ermənistan ordusunun mənəvi-psixoloji durumuna da mənfi təsir göstərdi.(modern.az)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər