“Yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarlar açıqlanacaq“ -  RƏSMİ
03 Apr 2020 22:26
1337

“Yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarlar açıqlanacaq“ - RƏSMİ

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov ölkədə yaranan hazırki vəziyyət və yaxın günlərdə hökümətin atacağı addımlarla bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, İbrahim Məmmədov yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarların açıqlanacağını bildirib.

Nazirlər Kabinetinin mətbuat katibi qeyd edib ki, bütün bunlar ciddi şəkildə hesablanmalıdır:

"Ən çox kreditlərlə bağlı gözləntilər var. Nəzərə alaq ki, ortada bankdır. Məsələn, bank sizdən depoziti alır və mənə kredit kimi verir. Məndən aldığı faizi sizə faiz dərəcəsi kimi ödəyir. Ona görə də bu zəncir elə qurulmalıdır ki, nə siz itirəsiz, nə mən, nə də bank. Çünki burada kimsə itirəndə hamı itirir".

İ.Məmmədovun sözlərinə görə, bu rəqəmlər çox ciddi şəkildə hesablanmalıdır ki, yük bir tərəfin üzərinə düşməsin:

"Yük paylansın. Biz birlikdə dövlət qurmuşuq və dövlətin də işi bu gün ümummilli problemin yükünü bərabər şəkildə qaldırmaqdır. Prezidentin sərəncamının baza prinsipi budur ki, insanlara dəstək verilsin və bu dəstək mütləq olacaq".

Oxşar xəbərlər