“Yaxın vaxtlarda Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək“

saytların hazırlanması

Evə çatdırılma

“Yaxın vaxtlarda Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək“

Sosial

27 Sentyabr 2022 10:32 894


"Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək". 

"Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda azad edilən ərazilərdə yeni məktəblərin tikintisi davam edir. Sezar pizza

Nazir müavini xatırladıb ki, qələbənin əldə olunmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin müstəsna xidmətləri olub: "30 ilə yaxın müddətdə Qarabağda mədəniyyət ocaqlarımız, abidələrimiz, milli-mədəni irsimizin nümunələri, təhsil ocaqları darmadağı edilib. 600-ə yaxın tarixi abidə,1000-ə yaxın tədris müəssisələri dağıdılıb". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!