“Yaxşı at özünə qamçı vurdurmaz

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşı at özünə qamçı vurdurmaz

Şou

23 Oktyabr 2019 14:01 2097


"X maqazin" verilişi şou nümayəndələri arasında qadına şiddətlə bağlı sorğu keçirib.

“Yeni Sabah”  xəbər verir ki,  Əməkdar artistlər Baloğlan Əşrəfovla Yusif Mustafayev cavabları ilə izləyiciləri təəccübləndirib. Onlar qadına şiddəti dəstəkləyən fikirlər səsləndiriblər. 

Baloğlan Əşrəfov "Qadına əl qaldırmısan?" sualına "Əsəbləşəndə elə olur ki, ya gərək yumruğu stola çırpasan ki, emosiya bir balaca azala, ya da yüngülvari müəyyən şeylər olur. Kişiyə yaraşmır ki, desin, yox, belə şeylər etməmişəm”. pizza sifarişi

Yusif Mustafayev isə "Biz sovet dövrünün insanlarıyıq. Olub desəm, məni qınayarlar. Bəlkə hələ iş də verərlər. Qorxuram söz deməyə. Amma məsəl var: “yaxşı at özünə qamçı vurdurmaz", – deyə fikrini bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!