“Yaxşı ki, o qızlar bir-birini bıçaqlamayıb” - Akif İslamzadədən qəribə reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşı ki, o qızlar bir-birini bıçaqlamayıb” - Akif İslamzadədən qəribə reaksiya

Sosial

21 Fevral 2024 13:59 1282


“Təhsil sistemini kökündən dəyişmək lazımdır, bunu hər zaman demişəm, yenə deyirəm: hər şey təhsildən başlayır. Bütün neqativ hadisələrin arxasında məhz təhsil sistemi dayanır. Bu gün bütün dünya elə bir mənəviyyatsız həddə gəlib çatıb ki, bununla başa çıxmaq çox çətindir...” 

Bu sözləri Yenisabah.az-a tanınmış müğənni Akif İslamzadə deyib. Son illər məktəblilər arasında yaşanan davalar, qeyri-etik davranışlar barədə danışan sənətçi bunun səbəblərini sadalayıb: 

“Ölkəmizdəki məktəblərə nəzər salın, nə qədər kişi müəllim var? Demək olar ki, barmaqla sayılacaq qədərdir. Məktəblilər arasında nizam-intizamın olmamasının bir səbəbi də məhz budur. Bu gün bütün dünyada matriaxal sistemdir. Televiziyalara baxın, bütün verilişləri qadınlar aparır, məktəblərdə qadınlar dərs keçir. Bu gün Avropaya uyğunlaşmaq, onlara görə ayağımızı uzatmağı yığışdırmalıyıq.  pizza sifarişi

Adicə bir misal çəkəcəyəm, mən Yasamalda yaşayıram, Qələbə dairəsinin yaxınlığında yenicə uşaq bağçası təmir ediblər, üstündəki rənglərə baxsanız heyrətə gələrsiniz, elə bil gey klubdur. Bəlkə də bunlar insanlara xırda bir şey kimi görünə bilər, amma belə deyil, bütün bunlar bir-birinə bağlı məsələlərdir. Təhsil sistemini dəyişmək lazımdır, 4-cü sinfi bitirdikdən sonra qızlarla oğlanlar ayrılmalıdır, onlar ayrı oxumalıdır, hər şey həya-abırla olmalıdır”. 

Onun sözlərinə görə, veriliş və xarici seriallar da yeniyetmə şagirdlərə mənfi mənada təsir edir:   

“Bu gün yeniyetmələrə təsir edən, onların beynini yuyan vasitələrdən biri də məhz seriallar, verilişlərdir. Moskvanın kanallarının yayımını, ümumiyyətlə, dayandırmaq lazımdır. 

Əvvəllər eşidərdik ki, cavan oğlanlar dava edib, bir-birini döyüb və s. İndi isə görün vəziyyət nə yerə çatıb ki, qız uşaqları bir-birini döyür, təhqir edir, bunu videoya çəkir. Yaxşı ki, o qızlar bir-birini bıçaqlamayıblar. Yəqin bundan sonra onu da eşidərik.

Hər şeyin kökündə tərbiyə və təhsil dayanır. Elmi-texniki tərəqqi adı altında bu gün insanları barıt üzərində otuzdurublar. Hər kəs Nobel mükafatı alır. Kimyəvi-bioloji silahın yaradıcıları bu gün mükafat alır. Görün dünya hara gedir. Nobel qardaşlarının kim olduğunu hər kəs yaxşı bilir, internetdə kiçik bir araşdırma etmək onları tanımağa bəs edir. Görün neçə illər keçib, bir nəfər çıxıb deyirmi ki, mən Nobel qardaşlarının nəvəsi yaxud nəticəsiyəm? Belə adama heç kəs rast gəlməyib. Çünki onlar başdan-ayağa cin-şeytan nəslidir, davamçıları da bundan utanır”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!