Yaxşı yaşamaq istəyirsiniz? – Kreditdən uzaq durun!

saytların hazırlanması

Evə çatdırılma

Yaxşı yaşamaq istəyirsiniz? – Kreditdən uzaq durun!

Sosial

20 İyul 2026 11:06 538


“Qənaət etmək bacarıq, bilik və həyat tərzidir. Bəzən insanlar ehtiyac olmayan xərclərə, dəbdəbəyə və ya başqalarından geri qalmamaq üçün lazımsız alış-verişə pul xərcləyirlər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, qənaət etməyin ən vacib yollarından biri, xüsusilə istehlak kreditlərindən mümkün qədər uzaq durmaqdır:

“Hər hansı məhsulu almamışdan əvvəl bazarı araşdırmaq, qiymətləri müqayisə etmək və daha sərfəli variantı seçmək lazımdır. İnsanlar büdcələrini planlaşdırmalı, gəlir və xərclərini dəqiq müəyyənləşdirməlidirlər. Maliyyə qərarları "yaxşı olacaq" prinsipi ilə deyil, real gəlirlərə əsaslanmalıdır. İlk növbədə gəlirləri artırmağa çalışmaq, daha sonra isə xərclərdə prioritetləri düzgün müəyyən etmək vacibdir. pizza sifarişi

Qənaətə mane olan əsas amillərdən biri dəbdəbəyə meyl və dəbdən geri qalmamaq istəyidir. Digər tərəfdən, inflyasiya dövründə vəsaitlərin dəyərini qorumaq üçün yığımları qızıl, digər qiymətli metallar və ya daşınmaz əmlak kimi aktivlərə investisiya etmək daha məqsədəuyğundur. Bu halda vəsaitlər inflyasiya nəticəsində dəyərini daha az itirir”.

Ekspert qeyd edib ki, bütün bunlarla yanaşı, hesab edirəm ki, maliyyə savadlılığı insanlara hələ orta məktəbdən aşılanmalıdır:

“Bunun üçün təhsil sistemində bu istiqamətdə ciddi dəyişikliklərin aparılmasına ehtiyac var”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!