Yayda bu səhvi edən qadınlar risk altındadır – Ginekoloqdan   CİDDİ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Yayda bu səhvi edən qadınlar risk altındadır – Ginekoloqdan CİDDİ XƏBƏRDARLIQ

Sosial

12 İyul 2026 14:12 98


Yayda dəniz və hovuz mövsümünün başlaması ilə insanlar saatlarla suda vaxt keçirir. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, çoxlarının əhəmiyyət vermədiyi bir vərdiş qadın sağlamlığı üçün ciddi problemlərə səbəb ola bilər. Xüsusilə yaş çimərlik paltarı və ya bikini ilə uzun müddət qalmaq müxtəlif infeksiyaların yaranma riskini artırır.

“Yeni Sabah” xəbər verir ki, qadın xəstəlikləri və doğum üzrə mütəxəssis, professor Müzəyyən Uyanık bildirib ki, dənizdən və ya hovuzdan çıxdıqdan sonra yaş bikini ilə gəzmək intim nahiyədə rütubətin artmasına səbəb olur. Bu isə göbələk və bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.

Ginekoloq qeyd edib ki, yay aylarında vaginal infeksiyaların sayı daha da artır. Belə infeksiyalar özünü axıntı, qaşınma, xoşagəlməz qoxu, yanma hissi və cinsi əlaqə zamanı ağrı kimi əlamətlərlə göstərə bilər. Buna görə də dəniz və ya hovuzdan çıxdıqdan dərhal sonra quru alt paltarı geyinmək və çimərlik geyimini dəyişmək  tövsiyə olunur. Toyuqlu pizza

Mütəxəssis vurğulayıb ki, sadə gigiyena qaydalarına əməl etməklə bu problemlərin böyük hissəsinin qarşısını almaq mümkündür. O, genital nahiyənin təmizliyinin ön tərəfdən arxaya doğru aparılmasının vacibliyini bildirib. Bu, bağırsaq bakteriyalarının intim nahiyəyə keçməsinin qarşısını alır.

Professor həmçinin gündəlik alt paltarının mütəmadi dəyişdirilməsini, ehtiyac yaranarsa yayda gün ərzində bir neçə dəfə yenilənməsini məsləhət görüb. Onun sözlərinə görə, pambıq parçadan hazırlanan, hava keçirən alt paltarlarına üstünlük verilməli, mümkün olduqda isə ütülənərək istifadə edilməlidir.

Həkim parfümlü sabun, yuyucu vasitələr və kosmetik məhsulların da intim nahiyədə qıcıqlanmaya səbəb ola biləcəyini bildirib. O qeyd edib ki, hər bir insanın dəri quruluşu fərqlidir və ətirli məhsullar bəzi qadınlarda infeksiya riskini artırır.

Professor Müzəyyən Uyanık sonda bildirib ki, yay aylarında qadınlar gigiyena qaydalarına daha həssas yanaşmalıdırlar.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!