“Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur”
25 Mart 2020 15:29
197

“Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur”

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” -  ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

Bu barədə Yenisabah.az-a qurumdan məlumat verilib.

Bildirilir ki, “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma,təmir-tikinti,elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Oxşar xəbərlər