Yayın son ayında böyük seçim: İndi getmək, yoxsa gözləmək?

saytların hazırlanması

Evə çatdırılma

Yayın son ayında böyük seçim: İndi getmək, yoxsa gözləmək?

İqtisadiyyat

15 Avqust 2026 12:07 80


Avqust yay mövsümünün son ayıdır və istirahət üçün bölgələrə üz tutmaq istəyənlərin qarşısında son fürsətlərdən biri dayanır. Bəs bu ay ölkə daxilində ən çox hansı istiqamətlərə gedilir? Yayın son ayında bölgəyə getmək sərfəlidir, yoxsa sentyabrı gözləmək daha yaxşıdır?

Bu barədə “Yeni Sabah”a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, avqust yay mövsümünün son ayı olsa da, daxili turizmdə aktivlik hələ də yüksək olaraq qalır:

“Xüsusilə həftə sonları ölkənin turistik bölgələrinə tələbat artır və istirahət üçün bölgələrə üz tutanların sayı çoxalır. Digər dövrlərlə müqayisədə qiymətlər nisbətən yüksək olsa da, hazırkı qiymətlərin əvvəlki aylardan ciddi şəkildə fərqləndiyini demək mümkün deyil”. Marqarita pizza

Onun sözlərinə görə, ən çox üstünlük verilən istiqamətlər arasında Quba-Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Lənkəran yer alır:

“Son dövrlərdə isə Gəncə, Hacıkənd və Göygölə marağın artdığı müşahidə olunur. Eyni zamanda Zaqatala, Balakən və Qax istiqamətləri də uzunmüddətli istirahət etmək istəyənlər üçün daha çox seçilir. Hazırkı qiymətlər mövsümə uyğun hesab olunsa da, sentyabrdan etibarən onların aşağı düşməsi gözlənilir. Hətta sentyabrın 1-dən 15-dək davam edən tətil dövründə belə qiymətlərin avqust ayındakı göstəricilərdən nisbətən aşağı olması ehtimal edilir”.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!