Yaz mövsümü ilə bağlı Bakıda ağaclar əkilir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yaz mövsümü ilə bağlı Bakıda ağaclar əkilir - Fotolar

Sosial

20 Fevral 2022 15:08 494


Qarşıdan gələn yaz mövsümü ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, əsas magistral yol və prospektlərin kənarlarındakı iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqları budanır, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir.

Bu işlər mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcək. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!