“Yekə-yekə kişilərdi, medal taxırlar, çıxırlar şəhərə...” - Polkovnik qazilərdən gileyləndi

saytların hazırlanması

Evə çatdırılma

“Yekə-yekə kişilərdi, medal taxırlar, çıxırlar şəhərə...” - Polkovnik qazilərdən gileyləndi

Sosial

08 Aprel 2024 19:46 15979


Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik olunmasını tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb. 

Qeyd edək ki, təkcə hansısa saxta qazi deyil, eyni zamanda Vətən müharibəsindən sonra bir çox qazilər ictimai yerlərdə hərbi formada gəzirlər. Hazırda da paytaxt küçələrində tez-tez buna rast gəlmək mümkündür. 

Xatırladaq ki, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və silahlı qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmalarını rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Lakin qeyd etdiyimiz kimi, bəzi vətəndaşlar hərbi geyim formasını daşımaq hüququna maliki olmadığı halda bu geyimlərdən istifadə edirlər.  Dördpendirli pizza

Bəs, hərbi polis bu istiqamətdə niyə tədbir görmür? Bu halların qarşısını almaq üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov dedi ki, bu kimi hallar özbaşınalıq səbəbindən yaşanır:

"Hərbi formanı kim gəldi geyinir. Hərbi formanın, səhra geyiminin üzərinə medallar taxırlar, mən xəcalət çəkirəm. Bir generalı görmüsüz, səhra geyiminin üzərində hansısa bir orden, medal taxsın? Son vaxtlar Azərbaycanda bir medal xəstəliyi yaranıb, medalı hara gəldi taxırlar. Elə bil bura Şimali Koreyadır. Nə biabırçılıqdır, belə? Yekə-yekə kişilərdi, medal taxır, çıxır şəhərə, nə bilim metroda, avtobusda medalla gəzir. Bunu yığışdırmaq lazımdır, ayıbdır, bu, tərbiyəvi əhəmiyyət daşımır. Əksinə, bəzi dələduzlar üçün meydandır, "guya mən müharibədə iştirak etmişəm" və s. Mən Birinci Qarabağ müharibəsində briqada komandirinin müavini olanda döyüşlər vaxtı bizə evə gəlməyə üç günlük icazə verirdilər. Şəhərin ortasında biri mənə dedi ki, mən Füzulidə döyüşürəm, mənim xidmət keçdiyim hərbi hissənin adını çəkir ki, guya orda döyüşür... Bu gün çox təəssüflər olsun ki, veteran təşkilatların da çox böyük məsuliyyəti və günahı var. Kimin kefindən necə keçir, bir dənə ayaqqabı alır, forma alır və onların da sənəndlərini yoxlayan yoxdur. Onların sənədləri yoxlanmalıdır, hərbi polis bununla ciddi məşğul olmalıdır. Nolsun ki, müharibə iştirakçısdır, onlar yoxlanılmalıdır və məsuliyyətə cəlb olunmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnur
    taxanlarin coxusu xala gelin tutmaq isteyenlerdi vallahi mirta yoxlyuan olub
    2 years ago
  • R&M
    Mən də bu hərəkətə elə də yaxşı baxmıram.25-30 il vətənə xidmət edən hərbiçi heç belə hərəkət etmir ki 44 gün döyüşənlər az qalır hamını əzib keçsinlər.duzdu haqları danılmazdı.amma bu qədər də olmaz.
    2 years ago
  • Vüqar
    Ayıbdır e vallah gör kim danışır bu sözü .Medalları Cənab Prezidentimiz təsis edib o insanlara onlarda taxırlar.insanların vətənpərvərlik ruhunu qırmayın e ayıbdır.
    2 years ago
  • Rəşad
    gedin o matışka kimi geyinib özünü əzib büzən gədələri adam edin. Qazi veteranla nə işiniz var
    2 years ago
  • İlqar İbrahimov Şəmistan oğlu
    Üzeyir bəylə tam razıyam,hərbi polis bunun qarşısını almalıdır,yoxsa dələduzların sayı artacaq
    2 years ago
  • Elburus
    Mən sizi başa düşmədim Hörmətli Cənab palkovnik Pozğun pozğun hərəkət edənlər üçün bir tədbir görmursuz qaldı hərbi geyimə mən də Qaziyəm o formanı geyinirəm o formada yaralanmışam o formayada bayrağada canım qurban heç kim deyə bilməz ki geyinmə Siz qazilərin Vetranlarn haqqını bərpa edin sora formaya irad tutasz
    2 years ago
  • Elburus
    Mən sizi başa düşmədim Hörmətli Cənab palkovnik Pozğun pozğun hərəkət edənlər üçün bir tədbir görmursuz qaldı hərbi geyimə mən də Qaziyəm o formanı geyinirəm o formada yaralanmışam o formayada bayrağada canım qurban heç kim deyə bilməz ki geyinmə Siz qazilərin Vetranlarn haqqını bərpa edin sora formaya irad tutasz
    2 years ago
  • Raqif
    Salam döyüş iştirakcisinea qazi deyilir,yaralıya yox . Müharbedə ölən şəhid,geri qayidan yaralı yaralanmayan, qazi sayiaylir . Muharibe veteranıda adı var yaralılarda veteran sayılır..yaralanmayanda. 8l
    2 years ago
  • Hafiz
    Üzeyir müəllim Mən sizinlə razı deyiləm Türkiyədəki kimi verəranlarimiza, qazilərimizə çox diqqət göstərilməlidir, onlar buna kayiqdirr. Sizinlə bir şeydə razıyam ki qazı adından istifadə edən dələduzlar sərt cəzalandırılmalıdır
    2 years ago
  • PƏRVİN
    Men Veteranam hem Veteran ogluyam etmirem amma medala gezenlere soz demek duzgun deyil xalqin doyus meneviyatini artirirlar.Onsuzda pozgunluq ve narkamania bas alir .O ki qaldi Veteran vesiqesine polkovnik 4 ildi helede alamiriq,80 azn verilir amma kniska gedin bakidan goturun deylir.Polkovnik kniskalari payliyin sahiblerine ayibdi
    2 years ago
  • Şəmsəddin
    Ümumiyyətlə heç bir rəsmi dövlət sənədində "qazi" sözü yazılmayıb. Rəsmi sənədlərdə "müharibə veteranı" yazılır. Onlara da rəsmi olaraq vəsiqə verilir. Yerindən duran özünə qazi deyir. Ciddi yoxlamalar aparılmalıdır.
    2 years ago