Yelena Zelenskaya: Ərimdən ayrı yaşayıram

saytların hazırlanması

Evə çatdırılma

Yelena Zelenskaya: Ərimdən ayrı yaşayıram

Dünya

22 İyun 2023 11:36 889


Ukraynanın birinci xanımı Yelena Zelenska təhlükəsizliyə görə əri Volodimir Zelenski ilə yaşamadığını deyib.

Yenisabah.az “The Jerusalem Post”a istinadla xəbər verir ki, o, “Rusiya raketlərinin bir gecədə hara düşdüyünü” öyrənmək üçün günə xəbərləri izləməklə başlayır.

Xanım Zelenskaya gün ərzində ofisə baş çəkdiyini və psixi sağlamlıq proqramı, məktəb yeməklərinin keyfiyyətinin yaxşılaşdırılması, məişət zorakılığı qurbanlarına kömək kimi layihələr üzərində işlədiyini, müsahibələr verdiyini, telefon və video zənglər etdiyini söyləyib. Toyuqlu pizza

Y. Zelenskaya Ukrayna prezidentindən ayrı yaşadığını və hər gün 2 övladının yanında olduğunu deyib:

"Əgər bəxtimiz gətirsə, nahar üçün ofisdə görüşürük. Hazırda heç birimizin heç bir istirahət və ya əyləncəyə vaxt tapmırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!