16 Avqust - 04:49
“Yeni alternativ yolda sülhməramlıların olub-olmaması məsələsi müzakirə olunacaq”  - AÇIQLAMA

“Yeni alternativ yolda sülhməramlıların olub-olmaması məsələsi müzakirə olunacaq” - AÇIQLAMA

Siyasət

06 Avqust 2022 16:31 2204


“İlk növbədə, qeyd etməliyik ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi üçtərəfli birgə bəyanatda qeyd olunub”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüsyenov deyib.

O, Laçın dəhlizinə alternativ olan yolun çəkilməsi prosesinin yekunlaşması məsələsinə toxunub. Həmçinin, üçtərəfli bəyanatın müddəlarını xatırladan politoloq əlavə edib:

“Bəyanata görə, Laçın şəhərinin mərkəzi, ətraf kəndlər Azərbaycan tərəfinə təhvil verilməlidir və hazırda Rusiya sülhmərmalılarının müvəqqəti olaraq yerləşdirildiyi Laçın dəhlizi daha sonradan Azərbaycan tərəfinin ixtiyarına verilməlidir. Bu maddəni əsas götürərək, Azərbaycan tərəfi sürətli şəkildə Laçın dəhlizinə alternativ yolun çəkilməsi işini həyata keçirdir. Yeni alternativ yolda sülhməramlıların olub-olmaması məsələsi müzakirə olunacaq”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan Laçın dəhlizinin istifadəyə verilməsindən sonra çoxsaylı neqativ hadisələrin şahidi olub:

“Burada həm qanunsuz olaraq terrorçuların daşınması həyata keçirilib, həm silah daşınması icra olunub, həm də rəsmi şəxslərin qeyri-qanuni səfərləri məhz Laçın dəhlizi vasitəsilə icra olunub. Dəfələrlə önəmli siyasi şəxslər terrorçularla görüşə gəliblər. Onların gəlişi də məhz Laçın dəhlizi vasitəsilə icra olunub.

Eyni zamanda biz xatırlamalıyıq ki, Fransada keçirilən prezident seçkilərində prezidentliyə namizəd olan Valeri Pekress belə Laçın dəhlizi vasitəsilə separatçılarla görüş keçirmişdir. Ona görə də bu neqativləri nəzərə alaraq Azərbaycan tərəfi güvənli və etibarlı şəkildə humanitar məqsədlər daşıyan yol üzərində əlaqənin təmin olunmasına razılıq verə bilər. Lakin bu razılıq ilk növbədə Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə paralel şəkildə icra olunmalıdır. Onu da bildirim ki, Azərbaycan tərəfi çox ciddi qərarların qəbul edilməsinin tərəfdarıdır. Həmin qərarlardan ən başlıcası isə üçtərəfli bəyanatının 4-cü maddəsində öz əksini tapmış müddəalardır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!