Yeni icra başçısı iki şöbə müdirini işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısı iki şöbə müdirini işdən çıxardı

Sosial

07 Yanvar 2021 10:10 1171


Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov iki şöbə müdirini işdən çıxarıb.

F.Qürbətovun əmri ilə, Biləsuvar RİH-nin ərazi idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov və hüquq şöbəsinin müdiri Şahin İsgəndərov tutduqları vəzifədən azad olunublar.

Hələlik onların yerinə təyinat yoxdur. Marqarita pizza

Qeyd edək ki, hər iki vəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev tərəfindən sözügedən vəzifələrə təyin olunmuşdular. /Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!