Yeni icra başçısının iş yerində ilk FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısının iş yerində ilk FOTOSU

Sosial

29 Sentyabr 2026 17:06 486


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Babayev sentyabrın 29-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Hacıbaba Babayev ona göstərilən etimada görə minnətdarlıq edib. pizza mizza

Qeyd edək ki, ötən gün Prezidentin sərəncamı ilə Babayev Hacıbaba Adil oğlu Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

H. Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub.

1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnib.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!