Yeni il ərəfəsində əfv sərəncamı imzalana bilərmi? - Komissiya üzvündən   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yeni il ərəfəsində əfv sərəncamı imzalana bilərmi? - Komissiya üzvündən Açıqlama

Sosial

23 Noyabr 2019 13:49 1837


Azərbaycanın əlamətdar günlərində bir qayda olaraq ölkə prezidenti İlham Əliyev əfv sərəncamları imzalayır. Ənənə halını alan bu addımlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb, yaxud cəzası azaldılıb. Sonuncu əfv sərəncamı bu ilin mart ayının 14-də imzalanıb və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi xeyli sayda tanınmış şəxslər də azadlığa buraxılıb. Prezidentin bu qərarı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub. Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir. Müxtəlif illərdə bu əlamətdar tarixdə dövlət başçısı əfv sərəncamları imzalayıb. Bu il də bu addım atıla bilərmi? 

"Yeni Sabah" xəbər verir ki, "AzPolitika.info"-nun bununla bağlı sualını cavablandıran Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamı ölkə prezidentinin konstitusion səlahiyyətlərinə daxildir: 

“Məlumdur ki, cənab prezident İlham İlham Əliyev humanizm prinsiplərindən çıxış edərək hər il belə sərəncamlar imzalayır və nəticədə yüzlərlə məhbus azadlığa buraxılır. Bu il Novruz Bayramı ərəfəsində də bu addım atıldı və yüzlərlə məhbus cəzasının çəkilməmiş hissəsindən azad edildi”. Marqarita pizza

İlinin sonunda növbəti adıımın atılacağı barəd gözləntisinin yüksək olmadığını deyən Ə.Nuriyev qeyd etdi ki, daha çox gələn il Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağına ümid etmək olar: 

“Hər halda bu səlahiyyət ölkə prezidentinə məxsusdur, ona görə bizim konkret hansısa fikir bildirməyimiz doğru olmaz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!