Yəni İrəvan heç kimə salam verməməlidir? - Simonyan

Yəni İrəvan heç kimə salam verməməlidir? - Simonyan

Rəsmi Veb saytların hazırlanması

03 Noyabr 2023 14:25 2075


Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya cavab verib.

Yenisabah.az xəbər verir ki, Simonyan “Telegram” hesabındakı paylaşımında qeyd edib:

“Belə çıxır ki, hətta beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyətimiz Rusiya tərəfindən nümayişkaranə "anti-Rusiya" jesti kimi qiymətləndirilir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, hətta heç kimə salam belə verməməlidir.

Bəlkə də “həqiqi ittifaq” haqqında fikirlər belədir. Ermənistan daim “müttəfiqdən” ontoloji asılılıqda olmalıdır; Ermənistan həmişə qorxmalı, narahat olmalıdır ki, “müttəfiq” olmasa, o məhv olacaq. Bu qorxu, bu Domokl qılıncı həmişə erməninin başının üzərindən asılmalıdır ki, “müttəfiq” olsun!”.

Xatırladaq ki, bundan əvvəl Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakına mənfi təpki verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!