Türkiyə, Qətər, İndoneziya və Pakistan nümayəndələri müdafiə əməkdaşlığını gücləndirmək və strateji tərəfdaşlığı inkişaf etdirmək üçün Bədr Anlaşma Memorandumunu (ANM) imzalayıb.
"Yeni Sabah" xəbər verir ki, çoxtərəfli sənəd Qətərdə imzalanıb.
Sənəd müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirməyi və ölkələrin hərbi imkanlarını gücləndirməyi hədəfləyir. Ölkələr həm də hərbi təlim və tədqiqat sahəsində əməkdaşlıq edəcəklər. pizza hut
Müqaviləni Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Qətər Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdülrəhman bin Həsən Ali-Sani, İndoneziya müdafiə nazirinin müavini Yusuf Cəuhari və Pakistanın müdafiə naziri Xəvacə Məhəmməd Asif imzalayıblar.
Telegram kanalımız