Yeni nazir müavini kimdir? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazir müavini kimdir? - DOSYE

Siyasət

14 May 2026 10:39 335


Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu gün o, nazirliyin kollektivinə təqdim edilib.

A. Səmədzadə bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib. Dominos pizza

O, Ədliyyə Nazirlihyində İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi vəzifəsində çalışıb.

2015-ci ilin noyabrında ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.

Ağakərim Səmədzadə 2024-cü ilin mayında Ədliyyə Nazirliyindəki vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!