Yeni nişanlar ekoturizmin inkişafına töhfə verəcək

saytların hazırlanması

Evə çatdırılma

Yeni nişanlar ekoturizmin inkişafına töhfə verəcək

Sosial

30 Avqust 2022 15:07 817


Hava limanı yolunda, Qala və Zirə qəsəbələri ərazisində Abşeron Milli Parkına-Şahdilinə gedən yol istiqamətində 7 yeni məlumatverici- istiqamətverici nişan quraşdırılıb. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Yenisabah.az-a bildirib ki, ölkənin cənub-şərq hissəsində yerləşən Şahdilinə gedən istiqamətdə quraşdırılmış lövhələrdə ikonlardan istifadə olunmaqla təbiət ərazisinin xüsusiyyətləri, eləcə də parka  qədər olan məsafə əks olunub.

“Müasir tələblərə, dünya standartlarına cavab verən məlumatverici nişanlar səyahətçilərin hərəkət, istiqamət, marşrut  müəyyənləşdirmə rahatlığını təmin edir”. pizza mizza

Xidmət rəsmisinin sözlərinə görə,  yol istiqamətləndirici belə məlumat nişanları növbəti mərhələlərdə Şirvan və Hirkan milli parklarını, sonra isə digər milli parkları əhatə edəcək. Bu da həm turistlərin rahatlığına, təhlükəsizliyinə, həm də ekoturizmin inkişafına töhfə verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!