Yeni növ koronavirusun haradan gəldiyini bilmirik   - ÜST

saytların hazırlanması

Evə çatdırılma

Yeni növ koronavirusun haradan gəldiyini bilmirik - ÜST

Sosial

21 Dekabr 2021 09:19 451


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan qeyd edib ki, yeni növ koronavirusun haradan gəldiyini hələ də bilmir.

"Virusun mənşəyini bilmək bizim üçün vacibdir, lakin bu, müstəsna əhəmiyyət kəsb etmir. Amma canlı səddin yenidən dağılacağı risklərini azaltmaq istəyiriksə, bu divarın harada dağıldığını bilməliyik. Və hazırda bunun necə baş verdiyini bilmirik", - o deyib.

Yenisabah.az xəbər verir ki, direktor virusun mənşəyinin öyrənilməsi üzərində işin davam etdiyini bildirib: "Lakin bu, uzun müddət çəkə bilər, buna görə də tez nəticə gözləmək lazım deyil".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!