YENİ QAYDA – Kartdan karta köçürmə rüsumları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

YENİ QAYDA – Kartdan karta köçürmə rüsumları açıqlandı

İqtisadiyyat

14 Oktyabr 2026 12:23 249


Azərbaycan Respublikasının Mərkəzi Bankı kartdan karta köçürmə əməliyyatları üzrə tətbiq edilən xidmət haqları ilə bağlı yeni qərar qəbul edib. 

“Yeni Sabah” xəbər verir ki, yeni qaydalara əsasən, banklararası əməliyyatların emalı üçün köçürülən məbləğdən asılı olaraq differensiallaşdırılmış tariflər müəyyən olunub. Qərara görə, 100 manatadək olan köçürmələrdə 3 qəpik, 100–1000 manat aralığında 10 qəpik, 1000–10 000 manat aralığında 50 qəpik, 10 000–40 000 manat aralığında 2 manat, 40 000 manatdan yuxarı məbləğdə köçürmələrdə isə 4 manat xidmət haqqı tətbiq ediləcək.

Mərkəzi Bankdan bildirilib ki, bu məbləğlər birbaşa banklararası əməliyyatların emalı üçün müəyyən edilmiş xidmət haqlarıdır və onları banklar (ekvayerlər) ödəyəcəklər. Sıravi vətəndaşların kartdan karta köçürmələr zamanı ödəyəcəyi komissiya məbləğləri isə kommersiya banklarının öz daxili tarif siyasətindən asılı olaraq formalaşacaq. Tənzimləyici qurumun təsdiqlədiyi bu yeni qaydalar 1 aprel 2027-ci il tarixindən etibarən rəsmən qüvvəyə minəcək. Dördpendirli pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!