Yeni təyin olunan icra başçısı haqda maraqlı faktlar – Atasına heykəl qoydurmuşdu

saytların hazırlanması

Evə çatdırılma

Yeni təyin olunan icra başçısı haqda maraqlı faktlar – Atasına heykəl qoydurmuşdu

Sosial

04 Dekabr 2019 16:38 10245


Hacıqabul rayonunun yeni icra başçısı Rüstəm Xəlilov 2005-ci ildən deputat kimi ictimai-siyasi seqmentdə görünməyə başlayıb. Ola bilər ki, bundan əvvəl də o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi ictimia-siyasi mühitdə olub. Lakin fəal olmadığına görə tanınmayıb. 

O, deputat kimi də populyar olmayıb. “Şöhrət” ordenli Rüstəm Xəlilov bir neçə il əvvəl Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında atasına heykəl qoydurması ilə gündəmə gəlib. Onun bu addımı sosial şəbəkələrdə sərt tənqid olunub. 

Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, kənd sakinləri mühüm günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir. Dördpendirli pizza

Rüstəm Xəlilovun isə iddialara cavabı belə olub: “Birincisi, o heykəl deyil, büstdür. Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub. Sovet İttifaqı dövründə öz zəhməti və bacarığı hesabına xeyli sayda mükafat alıb. Ulu öndər Heydər Əliyev 7 dəfə bizim kəndimizdə olub, atamla xatirə fotoları var və sairə. İndi hansısa bir adam atam haqqında ağılına gələn cəfəng fikirlər səsləndirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!