Yeni vəzifə verilən 73 yaşlı Valeh Ələsgərov haqda -   Maraqlı məlumatlar

saytların hazırlanması

Evə çatdırılma

Yeni vəzifə verilən 73 yaşlı Valeh Ələsgərov haqda - Maraqlı məlumatlar

Sosial

25 Noyabr 2019 13:44 3258


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

“Yeni Sabah” Valeh Ələsgərv barədə dosyeni təqdim edir: 

Valeh Ələsgərov 1946-cı ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirən V.Ələsgərov Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilib.  Toyuqlu pizza

1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləyib. 1985-ci ildə "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildə "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildə "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olub. 1995-2005-ci illərdə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

İlk dəfə 2005-ci ildə 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. 2010-cu ildə dördüncü çağırış, 2015-ci ildə isə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 

2005-ci il noyabrın 24-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri,Azərbaycan-Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir. 

Rus və ingilis dillərini bilir.

Evlidir, 4 övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!