Yeni Zelandiya Türkiyə və Suriyadakı yardım səylərini dəstəkləmək üçün əlavə olaraq 1,89 milyon dollar humanitar yardım elan edib.
Yenisabah.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini David Parker deyib.
XİN rəsmisizəlzələlərin Türkiyə və Suriya xalqları üçün dağıdıcı olduğunu vurğulayaraq, Yeni Zelandiyanın təbii fəlakətdən zərər çəkənlərin ailələri və yaxınlarının ağrısını paylaşdığını qeyd edib. pizza mizza
O, yardımın 1,26 milyon dollarının Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə Türkiyəyə göndəriləcəyini, təxminən 631 min 500 dollarının isə Suriyada istifadə edilmək üçün Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) bağışlanacağını bildirib.
Telegram kanalımız