Yeniyetmə qızı alçaldan məktəblilərin valideynlərini bu cəza gözəyir

saytların hazırlanması

Evə çatdırılma

Yeniyetmə qızı alçaldan məktəblilərin valideynlərini bu cəza gözəyir

Sosial

20 Fevral 2024 12:46 1720


Sosial şəbəkələrdə Bakıdakı 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda yetkinlik yaşına çatmamış qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub. 156 nömrəli məktəbdən bildirilib ki, rəhbərlik və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Hadisəni törədən şəxslər yetkinlik yaşına çatmadığı üçün məlum insident onların valideynləri ilə bağlı da hüquqi məsuliyyət yaradır. 

Bu barədə Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, sözügedən şəxslərin əməlləri ilə bağlı 2 maddəyə əsasən məsuliyyət tələb olunacaq: 

“Bu şəxslərin əməlləri ilə bağlı 2 maddəyə diqqət yetirmək lazımdır. Cinayət Məcəlləsinin 221-ci maddəsi birmənalı şəkildə bu əməli öz təsiri altına alır. 221-ci maddəyə görə, şəxsin əməli xuliqanlıqdır, ictimai qaydanı kobud şəkildə pozur və cəmiyyətə açıqca hörmətsizlik ifadə edir. Təbii ki, bütün bunların hamısı qərəzli şəkildədir və birbaşa qəsdən törədilmiş əməldir. Burada eyni zamanda videonu çəkən şəxs də bu cinayətin iştirakçısıdır. Videonun çəkilməsi, eyni zamanda həmin hadisənin cəmiyyətə açıq formada təqdim olunmasında vasitə rolunu oynayır. Mediada bu məsələlərin yayılması, şəxsin təhqir olunmasına gətirib çıxarır. Həmin qız sözügedən videonu çəkməklə onun internet portallarında kütləvi şəkildə nümayişinə və bu səbəbdən şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılmasına səbəb olub. Yetkinlik yaşına çatmayan şəxslər 18 yaşları tamam olmasa da, məsuliyyətə cəlb olunma yaşı kimi xarakterizə olunur və bu şəxslərin məsuliyyətə cəlb olunması üçün imkanlar formalaşır”.  Sezar pizza

Hüquqşünas hadisəni törətmiş yeniyetmələrin valideynlərinin də məsuliyyət daşıya biləcəyini bildirib:

“Qeyd edim ki, istintaq hadisənin bir qrup şəxs tərəfindən törədilmiş cinayət hadisəsi olması sübuta yetirsə, cinayəti törədən şəxslər barədə 2 ilə qədər islah işləri və 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Əgər 221.1-ci maddə ilə mühakimə edilərsə, 1000 manatdan 3000 manata qədər cərimə nəzərdə tutulacaq və 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası veriləcək. Ayrıca təhqir maddəsinə görə isə şəxsin barəsində 1000 manatdan 1500 manatadək cərimə və eyni zamanda 6 aya qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Qeyd edim ki, istintaq bu məsələni araşdıranda azyaşlıların valideynlərinin inzibati məsuliyyətlərini də müəyyən edə bilər. Uşaqların təlim-tərbiyəsi vəzifələrini yerinə yetirməyən valideynlər üzrlü səbəblər olmadan bu təlim-tərbiyə prosesində iştirak etmədikləri üçün onlara xəbərdalıq edilir və ya 40 manatdan 60 manata qədər cərimə tətbiq olunur. Eyni zamanda yuxarıda sadalığım cinayət törədilməsi ilə müşahidə olunan əməllər olduqda həmin valideynlər barəsində İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsinə əsasən 60 manatdan 100 manatadək cərimə nəzərdə tutulacaq”. 

Ramil Süleymanov sonda bildirib ki, zərərçəkən qızın hüquqlarını tamamilə təmənnasız qorumağa və tam hüquqi dəstək verməyə hazırdır. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!