“Yeniyetmələrə başa salmalıyıq ki, Dərbənd, İrəvan sənin torpağındır...” 

saytların hazırlanması

Evə çatdırılma

“Yeniyetmələrə başa salmalıyıq ki, Dərbənd, İrəvan sənin torpağındır...” 

Sosial

26 Yanvar 2024 12:22 373


Gənclər bizim gələcəyimizdir...

Zaman-zaman ən mötəbər kürsülərdən səslənən və nəsillərin bir-birini əvəz etməsi fonunda gəncliyə böyük ümidləri ifadə edən bu deviz həmişə aktual olub. Bu mənada gəncləri sabahkı həyata, ata-babalarının işlərini ləyaqətlə davam etdirməyə, dövlətin, xalqın onlara bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısına çevrilib.

Hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən,  milli-mənəvi özünüdərkindən asılıdır. Sezar pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  Xalq artisti Əli Nur bildirib ki, gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ olmalıdır. 

Onun sözlərinə görə, bu, uşaq yaşlarından məktəblərdə, bağçalarda aşılanmalıdır:

“Bu məsələ çox ciddi məsələdir. Hər şey təlim-tərbiyədən başlayır. 

Orta məktəbdə bütün fənlərdən dərs deyən müəllimlər ilk növbədə vətənpərvərlikdən başlamalıdır. Onlar sinfə girəndə 5 dəqiqə uşaqlarla bu barədə danışmalıdır, Azərbaycan himni oxudulmalıdır. 

Mən bunları 25 il əvvəl Mədəniyyət İncəsənət Universitetində etmişəm. Gəncləri vətənpərvər ruhda yetişdirmək lazımdır. Onlar coğrafiyamız, torpaqlarımızın tarixi haqda məlumatlı olmalıdır. 

Uşaqları bu cür yetişdirmək lazımdır. Onları yalnız mobil telefonla maraqlanmağa qoymamalıyıq. Bundan əlavə, ailədə də bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Vətənpərvərlik gendən, ailədən, tərbiyədən gəlir. Bununla ciddi məşğul olmaq lazımdır. Vaxtilə insanları bu cür yetişdirirdilər, onlar uşaq yaşlarından torpaq sevgisi ilə böyüyürdülər, biz bu gün də həmin ənənəni davam etdirməliyik”.

Xalq artisti qeyd edib ki, bu məsələdə əsas yük müəllimlərin üzərinə düşür:

“Bu gün təhsildə Avropa stilinə keçmişik, amma fikrimcə, bu düzgün deyil, çünki onların həyat tərzi ilə bizimki eyni deyil.

Bizdə məktəblərdə ciddi təlim-tərbiyə işləri getməlidir. Erməninin uşağı anadan olan kimi anası qulağına pıçıldayır ki, türk sənin düşmənindir, türkü öldürməlisən. 

Bağçada da, məktəbdə də, universitetdə də bunu təbliğ edirlər. Süpürgəçidən tutmu, prezidentə qədər dönüb olur millətçi. Biz də milli ruhda insanlar yetişdirməliyik.

Biz yeniyetmələrə məktəbdən başa salmalıyıq ki, Dərbənd, İrəvan sənin torpağındır. 1500-cü ildən 1828-ci ilə qədər İrəvanda  51 xan olub, onların adları arasında bir erməni adı varmı? 

Qarabağda erməni xanı olmayıb, indi boş-boş danışırlar ki, eradan əvvəl bura bizim olub. Eradan qabaq çox şey olub, həmin vaxt heç Rusiya dövləti yox idi.

Müəllimlər məktəblərdə uşaqlara vətənpərvərlik ruhu aşılamağı bacarmalıdır. Bu işdə əsas yük məhz onların üzərinə düşür.

İkinci Qarabağ Savaşında oğullarımız boyunlarına kəfən dolayıb döyüşə getdilər. Onlar “Ya Vətən, ya da ölüm” dedilər. Və düşməni əzib torpaqları azad etdilər. Biz gələcək üçün bu cür oğullar yetişdirməliyik”.

Əsmətxanım Rzazadə  

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!