Yeniyetmələrin vaksinasiyası: Yan təsir riski var?   – TƏBİB-dən şərh

saytların hazırlanması

Evə çatdırılma

Yeniyetmələrin vaksinasiyası: Yan təsir riski var? – TƏBİB-dən şərh

Sosial

06 Oktyabr 2021 12:45 1640


Azərbaycanda yeniyetmələrə vaksin vurulmasına başlanılır. Səhiyyə Nazirliyi Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə koronavirus xəstəliyinə qarşı "mRNT Pfizer" peyvəndi vurulacağını açıqlayıb. Bundan narahat olanlar da var, təqdir edənlər də. Əksəriyyət düşünür ki, peyvənd yeniyetməlik dövründə olan uşaqlara bu əks-təsir göstərə bilər.

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Yenisabah.az-a açıqlamasında yeniyetmələrin vaksinasiyasının məcburi olmadığını vurğulayıb:

“Həmin yaş qruplarının vaksinasiyası məcburi deyil. Göstərişlər əsasında vurulacaq. Bu ona görə aktuallaşıb ki, bəzi hallarda 12 yaşdan yuxarı yeniyetmələr xarici səfərlərə gedəndə çətinlik çəkirlər. Azərbaycanda da 12-18 yaş arası şəxslər vaksinasiya oluna bilər. pizza

Ola bilər ki, 12-18 yaşında hər hansı bir uşaq, yeniyetmə xarici ölkələrə səfər edib, orada oxuyacaq. O zaman həmin şəxs üçün peyvənd pasportu lazım olacaq. “Pfizer” vaksini də 12-18 yaşdan yuxarılara vurula bilər”.

Akif Qurbanovun sözlərinə görə, bu, valideynlərin ümumi icazəsi ola biləcək bir məsələdir:

“Ata-ananın razılığı ilə vaksinasiyaya icazə veriləcək. Bu məsələlər hələ müzakirə mövzusudur. Vurularkən ata-ananın razılığı, vaksinasya səbəbi göstərilməlidir. İcbarilik yoxdur. Ancaq istək və valideynlərin razılığı. Məqsəd yalnız vətəndaşların işlərini yüngülləşdirməkdir”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!