Yerevanda valideynlər yenidən aksiya keçirdi
27 Noy 2020 16:52
442

Yerevanda valideynlər yenidən aksiya keçirdi

Ermənistanda əsgər anaları etiraz askiyası keçirir. 

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, onlar Nazirlər Kabinetinin qarşısına toplaşıb.

Onların əsas tələbi sərhədlər bağlanmadan və ərazilər Azərbaycana təhvil verilmədən övladlarının geri qaytarılması ilə bağlıdır.

"Dekabrın 1-də Laçının təslim ediləcəyi barədə məlumat aldıq. Buna görə də elə bu gün uşaqlarımızı geri qaytarsınlar, təslim olduqdan sonra döyüşlərdə iştirak edən digər əsgərlərin taleyini yaşamayacaqlarına dair heç bir zəmanətimiz yoxdur", - deyə aksiya iştirakçıları bildirib.

Valideynlərdən biri övladının əsir və ya itkin düşməsini istəmədiyini bildirərək hökuməti təcili addımlar atmağa çağırıb.

"Bunlardan heç biri övladlarımızın 30 noyabrdan sonra sağ-salamat qayıdacağına zəmanət verə bilməz", - deyə başqa bir valideyn Paşinyan hökumətini ittiham edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər