''Yeşilçam” ulduzu qonşusundan şikayət etdi

saytların hazırlanması

Evə çatdırılma

''Yeşilçam” ulduzu qonşusundan şikayət etdi

Şou

07 Avqust 2026 21:09 76


Yeşilçamın tanınmış aktyoru Faruk Peker qonşusu ilə yaşadığı qalmaqaldan danışıb.

"Yeni Sabah" xəbər verir ki, "İffət" filmində canlandırdığı Cemil obrazı ilə tanınan aktyor bu barədə özünün "YouTube" kanalında məlumat verib. Muğlanın Köyceğiz rayonundakı dağ kəndində yaşayan Peker bildirib ki, gecə saatlarında qonşusunun qonaqları tərəfindən narahat edilib və hədələnib. O iddia edib ki, qonşusu olan 75 yaşlı qadın, onunla yaşayan iki nəfər və onların qonaqları uzun müddətdir ona narahatlıq yaradır.

Aktyorun sözlərinə görə, hadisə qonaqların evinin hasarına çox yaxın yerdə masa quraraq gecə saatlarına qədər səs-küylə oturması səbəbindən baş verib. O bildirib ki, gündüz buna etiraz etməsə də, gecə saat 23:30 radələrində səs-küy davam etdiyi üçün onlardan başqa yerdə oturmalarını xahiş edib. Sezar pizza

Faruk Peker deyib ki, yataq otağı masanın qurulduğu yerdən cəmi 3-3,5 metr aralıdadır və yüksək səs səbəbindən yata bilməyib. Aktyorun iddiasına görə, xəbərdarlıq etdikdən sonra qonaqlardan biri ona "Biz ev sahibiyik, sən isə kirayəçisən" deyərək hədə-qorxu gəlib.

Faruk Peker bildirib ki, bu, ilk belə hadisə deyil. Onun sözlərinə görə, daha əvvəl də həmin qonşunun başqa bir qonağı tərəfindən təhdid olunub. Yaşananlardan sonra aktyor təhlükəsizlik məqsədilə evinə müşahidə kamerası quraşdırdığını və bundan sonra baş verəcək hər hansı hadisənin qeydə alınacağını söyləyib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!