Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib.
Yenisabah.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3 422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Tətbiq edilmiş cərimələr 133 140 manat təşkil edib. pizza
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Telegram kanalımız