Türkiyəli müğənni Yıldız Tilbe Bursada verdiyi konsert zamanı sürpriz doğum günü tədbiri ilə qarşılaşıb.
"Yeni Sabah" xəbər verir ki, konsertin sonuna yaxın iş adamı İbrahim Sayın sənətçinin 60 illik yubileyi münasibətilə tort gətirərək xüsusi təbrik təşkil edib.Təbrikdən sonra çıxış edən Yıldız Tilbe doğum gününü qeyd etməyə fərqli yanaşdığını bildirib.
"Doğum gününü qeyd etmək mənə çox mənasız gəlir. Bitən 60 ilin nəyini qeyd edəcəyəm? İndi 70 yaşımı gözləyəcəyəm? Bitmiş bir şeyi qeyd etmək qəribə gəlir. Amma təşəkkür edirəm. İbrahim, sən mənim üçün çox dəyərlisən", - deyə o bildirib. Dördpendirli pizza
Müğənni əlavə edib ki, insanlar üçün ən vacib şey sağlamlıq və hüzurdur:
"Hər kəsə Allahdan sağlamlıq və rahatlıq arzulayıram. Dünyada bundan vacib heç nə yoxdur. 60 yaşında həyata başqa cür baxırsan, 18 yaşda isə hər şey tamam fərqli görünür".
Doğum günü sürprizindən sonra Yıldız Tilbe sevilən mahnılarını səsləndirərək konsert proqramını davam etdirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız