Xalq artisti Məleykə Əsədovanın qızı Gülər anası ilə bağlı danışıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, o, “O üz” proqramına açıqlama verib.
“Yaxşı sənəti var, aktrisa kimi hamı tanıyır. Ana kimi də qayğıkeşdir. Mən xəstələnmişəmsə, önəmli bir işini dayandırıb, birinci yanıma gəlirdi. Bu, həmişə belə olub. Anamla dost kimiyik. Hər şeyimi bilir. Anam varsa, dostuma niyə deyim?! Marqarita pizza
O sözünü unutmuram, deyir ki, nəsə səhv etsən, birinci mənə gəl. Çünki əsəbləşsəm də, günün sonunda ən yaxşı tövsiyəni mən verəcəyəm. Mənsiz yaşaya bilməz. Mənimlə yaşayır. Bəlkə, anam-atam fərqli olsa, anam kimi qayğı göstərə bilməzdilər, onun gətirdiyi yerdə ola bilməzdim.
Mənim üçün həm ana olub, həm ata. Heç vaxt boşluq hiss etməmişəm. Böyüyəndə harasa işləməyə getsəm, onu özümlə apararam. Anamdan danışanda kövrəlirəm. Məsələn, yıxılanda yanında ağlamamağa çalışıram. Çünki o, məndən də çox pis olur. Mən də onun istədiyi kimi biri olmağa çalışıram. Onu həmişə yaşadacağam. Ana, səni çox sevirəm. Bu günə qədər mənə valideyn əskikliyini hiss etdirməmisən. Həmişə yanımda olmusan. Çox sağ ol”, - deyə sənətçinin övladı qeyd edib.
Telegram kanalımız