“Yol açılan kimi Xankəndidən köçəcəyik” - Qarabağlı erməni

saytların hazırlanması

Evə çatdırılma

“Yol açılan kimi Xankəndidən köçəcəyik” - Qarabağlı erməni

Rəsmi

18 Dekabr 2022 09:18 3808


Qarabağın dağlıq hissəsində yaşayan bəzi mülki ermənilər Azərbaycana məxsus ərazilərdən çıxıb getmək istəsələr də, Arayik Arutyunyan, Ruben Vardanyan, Vitali Balasanyan, David Babayan kimi separatçı-terrorçuların qorxusundan hələ ki bu addımı ata bilmirlər.

“Yeni Sabah” “Hraparak”a istinadən xəbər verir ki, Xankəndi-Laçın yolunun bağlanmasından sonra Qarabağı tərk etmək istəyən ermənilərin sayı xeyli çoxalıb.

“Bu vəziyyətdən bezmiş və ilk fürsətdə “Artsax”ı tərk edəcəklərini söyləyənlər var. Çünki “Artsax”da gələcək qeyri-müəyyən və təhlükəlidir”,- “Hraparak” yazıb.

44 günlük müharibədən sonra iki uşağı ilə Xankəndiyə köçən hadrutlu qadın Anahit Xaçatryan “Hraparak”a deyib ki, o, Qarabağda qalmaq istəmir, yol açılsa belə, burada yaşamaq çox təhlükəlidir.

“Yol açılan kimi biz dərhal İrəvana gedəcəyik. Hər dəqiqə yol yenidən bağlana bilər. Açılıb-bağlanacaq, açılıb-bağlanacaq, beş dəfə açılıb-bağlanacaq və “Artsax”da heç kim qalmayacaq. Yol açılan kimi mən iki uşağımla birlikdə kirayə yaşamaq üçün İrəvana gedəcəyəm”, - Anahit Xaçatryan deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda insanlar ərzaq və dərman çatışmazlığından narahatdırlar..

“Məsələn, kartof yoxdur, kartof böhranı var, hətta apteklərdə sadə ürək dərmanı belə yoxdur. Uşaqlar məktəbə getmir, bunun nə demək olduğunu başa düşürsüz...”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!