Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol qəzaları ilə bağlı bloqerlərə müraciət edib.
Yenisabah.az xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:
"Hətta olduqca ciddidir. Bu ilin 9 ayı üzrə paytaxtda qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Sezar pizza
Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir ki, bu da bizi, eləcə də ictimaiyyəti ciddi şəkildə narahat edir".
Araz Əsgərli qeyd edib ki, bu dönəmdə sosial şəbəkələrdə daha çox bayağı məlumatlar paylaşılır:
"Heç bir ictimai məzmunu olmayan məslələrə toxunulur. Bloqerlərə müraciət edərək bildirmək istəyirik ki, bu cür ciddi məsələlərə toxunsunlar. Biz onlara dəstək olmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Sosial şəbəkələrdən aktiv istifadə edən hər kəs cəmiyyəti bu mövzuda maarifləndirsə, yaxşı olar. Məsələn, Taleh Yüzbəyov, Bəhram Bağırzadə və başqaları bu mövzuları işıqlandırsalar, biz onlara əlimizdən gələn köməkliyi göstərərik".
Telegram kanalımız