Yol polisləri ağır qəza törətdi: Yaralılar var – Video

Yol polisləri ağır qəza törətdi: Yaralılar var –
Sent 15, 2019 16:13
Oxunma sayı: 3117

Bu gün səhər 7:00 radələrində yol polisləri ağır qəza törədiblər.

“Yeni Sabah” BakuPost-a istinadən xəbər verir ki, 99 YP 468 nömrə nişanlı avtomobillə qəzaya düşən polislər Bakı Şəhər Yol Polisi İdarəsinin gecə növbəsinin əməkdaşları olub.

Yayılan videodan görünür ki, onların vəziyyətləri ağır olub.

Hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində baş verib.

Qəza barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuPost-a bildirib ki, faktla Bağlı Binqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalana yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.

Yenisabah.az