"YouTube" platforması süni intellekt vasitəsilə hazırlanan aşağı keyfiyyətli videolara qarşı yeni addım atıb.
“Yeni Sabah” xəbər verir ki, platforma “YouTube Partner Program” çərçivəsində monetizasiya qaydalarını yeniləyərək qeyri-orijinal məzmunla bağlı tələbləri sərtləşdirib.
Yeni qaydalara əsasən, şablon əsasında hazırlanan, bir-birini təkrarlayan və kütləvi şəkildə istehsal olunan videolar reklam gəliri əldə edə bilməyəcək. pizza hut
Bundan başqa, emosional manipulyasiya məqsədi daşıyan videolar, eləcə də süni intellektlə yaradılmış virtual personajların sağlamlıq, maliyyə və hüquq kimi həssas mövzularda təqdim etdiyi məzmunların da monetizasiyasına məhdudiyyət tətbiq olunacaq.
Şirkət bildirib ki, bu dəyişikliklər süni intellektdən istifadə edilən bütün videolara şamil edilmir. Orijinal ssenariyə, yaradıcı montaja və müəllif şərhlərinə malik AI dəstəkli videolar əvvəlki kimi reklam gəliri əldə edə biləcək.
"YouTube"un məqsədi platformada keyfiyyətli və orijinal məzmunu təşviq etmək, son dövrlərdə sürətlə yayılan və “AI slop” adlandırılan aşağı keyfiyyətli süni intellekt videolarının qarşısını almaqdır.
Telegram kanalımız