Yoxlamadan keçə bilməyən həkimlərin əlavələri kəsiləcək - TƏBİB sədri

saytların hazırlanması

Evə çatdırılma

Yoxlamadan keçə bilməyən həkimlərin əlavələri kəsiləcək - TƏBİB sədri

Sosial

20 İyun 2023 10:35 562


Həkim və mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin əmri ilə monitorinq komissiyası yaradılması nəzərdə tutulub. 

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib. 

O bildirib ki, komissiya tərəfindən bir həkim mütəxəssis 6 aylıq əsaslarla monitorinqdən keçiriləcək:  pizza hut

“Monitorinqdən müvəffəqiyyətlə keçən həkim mütəxəssislərə həvəsləndirici və əlavələrin ödənilməsi daha bir il uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərin həvəsləndirici və əlavələri kəsiləcək”. 

Vüqar Qurbanov qeyd edib ki, qiymətləndirmə zamanı həkim peşəkarlığı və şəxsi keyfiyyyətləri nəzərə alınacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!