“Yüksek Sadakat” və “Mavi Gri” qrupları Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

“Yüksek Sadakat” və “Mavi Gri” qrupları Bakıya gəlir

Şou

04 İyul 2023 16:06 1157


Bakının ən böyük gənclik festivalı olan “BİZON ONE WORLD FEST” iyulun 15-16-də “Eldorado Beach”də keçiriləcək.

Yenisabah.az xəbər verir ki, festivalda “Belki üstümüzden bir kuş geçer”, “Aşk durdukça”, “Kafile”, “Ben seni arayamam”, “Haydi, gel içelim” kimi mahnıları ilə könüllərdə taxt quran Türkiyənin “Yüksek Sadakat” qrupu və ifalarında özünəməxsus musiqiləri ilə gənclərin sevimlisinə çevrilən “Mavi Gri” qrupu çıxış edəcək.

Azərbaycanın gənc və populyar adlarından olan reper Paster, Mərdan Kazımov, The Etude Band, Ayna Band, Joseph Abbas, Şahin Əlizadə, İlham, Kadir Özel, Sadiq Abasov, Glass Band, Grey Band, Jafar & Band, Eleven Live Dj Fanur, Dj PASHA, DJ LEO da festivalda çıxış edənlər arasında olacaq. Toyuqlu pizza

Bir-birindən dəyərli sənətçilərin səhnə alacağı, 2 gün boyunca davam edəcək və  fərqli əyləncələrin yer alacağı tədbir “EVENT OFFICE” tərəfindən keçiriləcək.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!