Yüksək texnologiyalı protezlə təmin edilən hərbçilərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Yüksək texnologiyalı protezlə təmin edilən hərbçilərin sayı açıqlandı

Sosial

08 İyul 2023 20:07 920


Vətən müharibəsindən sonra 432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlarımızdır. Sezar pizza

Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkətinə, sosial həyata daha tez və rahat inteqrasiyasına imkan verir.

Müharibə veteranlarımız son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı qazanaraq öz idman bacarıqlarını da nümayiş etdirə bilir, hətta idman yarışlarında iştirak edə bilmək imkanına sahib olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!