Bəzən taksidə sürücünün xoşbəxt sonluqlu nağıllar”ına qulaq şahidliyi edirik. Onlar sərnişinlərə, xüsusən, zərif cinsə uydurma hekayətlər danışmağı sevirlər. Məsələn, təxminən bu tərzdə: “Rusiyada böyük biznesim vardı, pula pul demirdim... Sonra hər şey batdı”.
Bu cür davranışın psixologiyada izahı varmı?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, belə davranışlar şəxsiyyət pozuntusu hesab olunur: Sezar pizza
“Son illərdə mənə müraciət edənlərin çoxu taksi sürücüləri ilə bağlı problem yaşayan insanlardır. İstər xanımlar, istərsə də bəylər. Ancaq say baxımından qadınlar çoxluq təşkil edir. Qadınlar qulaqla sevdiyi üçün qarşısındakı insanın rahat, şirin nağılına asanlıqla inanır. Bundan sonra müxtəlif problemlərlə üzləşir.
İnsanın özünü böyütmə halları 2 cür baş verir. “Mən filankəs olmuşam, şirkətim olub, yüksək vəzifədə çalışmışam, əvvəl polis serjantı olmuşam, pensiyaya çıxıb taksi işləməyə başlamışam” və s. İnsan öz işindən utandıqda, ya da şəxsiyyət pozuntusundan əziyyət çəkdikdə özünü böyütməyə, başqası kimi təqdim etməyə çalışır.
Sürücülərin əksəriyyəti rejimsiz işləyir. Digər bir qismi isə müxtəlif narkotik maddələrdən istifadə edir. Bu kimi hallar onların beyinlərində atrofiya yaranmasına gətirib çıxarır. Yəni beyin lazımınca qidalana bilmir. Bütün bunlar şəxsiyyət pozuntusuna gətirib-çıxarır. Bir müddət sonra həmin şəxslər maniakal-psixoz vəziyyətinə girir, şəxsiyyətin kiçildilməsi ilə hər kəsin yaddaşında qalacaq obrazda özlərini təqdim edə bilirlər”.
Psixoloq vurğulayıb ki, adamlar filmlərdə gördüyü səhnələrin reallığa çevriləcəyinə çox inanır:
“Sürücü avtomobilinə oturar-oturmaz sərnişinə bu kimi əhvalatları danışmağa başlayırsa, ilk növbədə, öz işindən utanır və bu sahədə ehtiyac ucbatından çalışmağa davam edir. Səmimi mühitdən yaranan söhbətlər nəzərdə tutulmur. Belələri əsasən məqsədyönlü olaraq ovsunlamağı bacarırlar.
Bizlər nağıllar aləminə daha çox inanırıq, inanclara bağlıyıq. Filmlərdəki səhnələr gözümüzə real olaraq görünür. Bu da izlədiyimiz xarici serial və kinolardan yaranan problemlərdir. Sözügedən addımlar xaotik səciyyə daşıyır. Özgüvəni olmayan şəxslər belə yollara əl atırlar. Çünki öz üzərində işləməyən insan heç vaxt istədiyi zirvəyə çata bilməz”.
Aytac Şahin
Telegram kanalımız