Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?

Sosial

05 May 2026 15:09 302


Xəbər verdiyimiz kimi, Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.

“Yeni Sabah” Bizim.Media-a istinadla yeni direktor müavininin dosyesini təqdim edir:

Nərgiz Şərifova 1997-ci ildə Bakı şəhər 25 saylı orta məktəbi bitirib. 1997-2003-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

2002-2003-cü illərdə M.Nağıyev adına RTTYX-nın RİTŞ-də tibb bacısı vəzifəsində çalışıb.

2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində işləyib.

2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.

2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!