Yüksək vəzifəyə təyin olunan şəxs kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifəyə təyin olunan şəxs kimdir?

Sosial

17 İyul 2026 15:39 580


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinə yeni sədr təyin edilib.

“Yeni Sabah” Ajans.az-a istinadla xəbər verir ki, bununla bağlı iyulun 15-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri əmr imzalayıb.

Əmrə əsasən, Ramazan Əli oğlu Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin olunub. Dördpendirli pizza

R.Nəbiyev 2018-2024-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

2024-2026-cı illərdə AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb. 

Qeyd edək ki, bundan əvvəl AQTİ-nin  İdarə Heyətinin sədri Əli Tahir oğlu Nəbiyev idi. O, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!