Yüksəkvəzifəli məmur üç xanım əməkdaşına avtomobil hədiyyə edib? -  RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yüksəkvəzifəli məmur üç xanım əməkdaşına avtomobil hədiyyə edib? - RƏSMİ AÇIQLAMA

Sosial

25 İyun 2024 18:35 6985


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına avtomobil hədiyyə etməsi ilə bağlı iddialar tam əsassızdır".

Yenisabah.az xəbər verir ki, bu məlumat "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətinin açıqlamasında öz əksini tapıb.

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərə xidməti istifadə üçün avtomobillər verilir. Məlumat üçün bildiririk ki, qeyd olunan iddialar tam əsassızdır. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib. Dördpendirli pizza

Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir", - deyə rəsmi açıqlamada qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!