Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Yumşalma qərarları yoluxmanı yenidən artıra bilərmi? - Ekspertlərdən açıqlama
26 Sen 2021 08:36
909

Yumşalma qərarları yoluxmanı yenidən artıra bilərmi? - Ekspertlərdən açıqlama

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Bundan başqa bütün yerlərdə istirahət və əyləncə məkanlarının, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin, konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti fəaliyyəti bəpa olunacaq.

Daha sonra vətəndaşların çoxdan gözlədiyi şəhərlərarası və rayonlara qatarlarla gediş-gəliş də bərpa olunacaq.

Onu da xatırladaq ki, sentyabrın 22-dən ibtidai sinflərdə, 29-dan sonra isə bütün orta və ali məktəblərdə, kolleclərdə tədris əyani formada davam etdirləcək.

Yumşalma qərarlna səbəb kimi ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması, habelə vaksinasiyaının davam etdirilməsi göstərililib.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir. Həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər.

Qeyd edək ki, iyulin 1-dən və 10-dan verilən yumşalma qərarlarından (toy, nişan mərasimlərinə icazə red.) bir müddət sonra ölkədə kütləvi yoluxma və ölüm halları qeydə alındı. Buna baxmayaraq, Nazirlər Kabineti karantin tədbirlərini sərtləşdirmədi. Hazırda vəziyyət sabitləşməyə doğru gedir, amma cəmiyyətdə belə bir narahatlıq var ki, yumşalma qərarları payız aylarında yoluxmanı yenidən artıra bilər.

Həkim, markoloq Müşfiq Hüseynov “AzPolitika.info”-ya bildirib ki, verilən qərarlar doğrudur: “Çünki artıq qapanma qərarlarının heç bir faydasının olmadığı məlumdur. Avqust, sentyabr aylarında yoluxma sayları 4 mini keçmişdi, ölüm sayları da yüksək idi, amma hökumət heç bir karantin sərtləşdirilməsinə getmədi . Nəticədə əvvəldən məlum olan bəlli bir müddətdə yoluxma sabitləşdi və hazırda azalmağa doğru gedir. Ona görə də, əhalinin güzəranını məhdudlaşdıran qərarları saxlamaq doğru deyil, yeni qərarlar bu baxımdan faydalıdır”.

Tibb elmləri doktoru, professor Musa Qəniyev “AzPolitika.info”-ya bildirib ki, bütün qadağaların aradan qaldırılmasına ehtiyac var: “İlk növbədə hamam və isti saunalarla bağlı qadağanı.. Bu zərurət idi. İsti quru saunalarda temperatur 100 dərəcədən yüksək olur. Bu virusdann qorunmanın nəinki həlledici şərti, hətta ən yüksək müalicəvi vasitədir. Çünki, bu cür saunada 5 dəqiqə oturub, tənəffüs etmək, koronavirusun yuxarı tənəffüs yolunda olan bütün ştammlarının mütləq məhvidir”.

Ekspert bildirdi ki, qadağalrın yumşaldılmasından sonra epidemioloji şəraitdə ciddi dəyişiklik olmayacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər