"Yüngüllük, ağılsızlıq, məntiqsizlik baş alıb gedir. Baxıb dəhşətə gəlirsən. Sosial şəbəkədə hamı akademik, professor olub. Yüngüllük şou-biznesin ana xəttidir".
Yenisabah.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu şou-biznes nümayəndələri barədə danışarkən deyib.
O, "MTV Azərbaycan"a açıqlamasında şəxsi həyatla bağlı suallara da cavab verib: Marqarita pizza
"Səhnədə çox atdanıb-düşmürəm, sərbəstəm, amma çərçivədəyəm. Eləsi var ki, səhnədə oyun çıxarır, ailəsi ilə çıxır. Onlara baxıram, xoşum gəlir, amma özüm etmərəm. Bəzən evdə nəsə baş verir, çəkirəm ki, paylaşım, ancaq etmirəm. Fikirləşirəm, ayıbdır, nə yazarlar"
Telegram kanalımız