“Eşitsəm ki, müəllim nəvəmə bir şillə vurub, gedib o müəllimi öpərəm“ - Yusif Mustafayev

saytların hazırlanması

Evə çatdırılma

“Eşitsəm ki, müəllim nəvəmə bir şillə vurub, gedib o müəllimi öpərəm“ - Yusif Mustafayev

Şou

27 Yanvar 2022 14:35 80124


“Sabah-birigün eşitsəm ki, müəllim nəvəmə bir şillə vurub, gedib o müəllimin üzündən öpərəm”.

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Yusif Mustafayev deyib. 

O, həftələrdir müzakirə mövzusu olan müəllim-şagird münasibətləri, şagirdlərin fiziki cəza verilməsi təklifi və s. məsələlərə münasibət bildirib: pizza

“Vaxt vardı, müəllim gələndə hamımız ayağa qalxardıq. Elə bilirdik ki, müəllim çörək yemir, su içmir. Onda dövran elə idi. Mənim də nəvələrim var, məktəbə gedirlər, sözün düzünü deyəcəyəm, sabah-birigün eşitsəm ki, müəllim nəvəmə bir şillə vurub, gedib o müəllimin üzündən öpərəm, ona “sağ ol” deyərəm, nəvəmi tərbiyələndirdiyinə görə təşəkkür edərəm. 

Bəyəm evdə valideyn uşağını vurmur?! Müəllim də ikinci valideyndir.

Bu məsələdə müəllimlərin tərəfindəyəm. Son günlər yayılan videolardan da xəbərdaram. Məni bəlkə də bu fikirlərimə görə söyəcəklər, bilirəm, bu bizim insanlara xas olan bir şeydir. Amma mən müəllimlərin yanındayam! Çünki müəllim müqəddəsdir, o şagirdlərini döyər də, öpər də. Müəllim istəyir ki, uşaqlarının təhsili, gələcəyi yaxşı olsun. 

Müəllimləri gözümçıxdıya salıblar, bunun tərəfdarı deyiləm. Allah müəllimlərin özünü də, adını da var eləsin! Uşaq mütləq müəllimdən çəkinməlidir. O gün sosial şəbəkədə bir video qarşıma çıxdı, görüntülərdə məktəb direktoru ərklə gəlib əlini şagirdin üzünə vurdu. Görüntülər yayılandan sonra müəllimə töhmət verdilər. Belə olmaz! Allah millətimizin axırını xeyir eləsin!”

Y.Mustafayevin sözlərinə görə, bu tip halların artmasında valideynlərin də günahı az deyil:

“Bu mövzuda evdə valideynlərin də üzərinə məsuliyyət düşür. Onlar daha diqqətli olmalıdırlar. Mən belə düşünürəm. O, müəllimdir, niyə müəllim peşəsini ucuzlaşdırırıq?!”

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Allahverdi
    Çox sağ lun sənətkar! Atalar deyib ki döyülməyən dəmirdən ....olmaz!
    4 years ago
  • Kadir çağlı
    Bizde döyülmüşük amma bizim vaxtımızda ne narkoman vardı ne de alkaş. Terbiyesizlik yox idi. Ama indi ki cavanlara bak ne büyük bilir ne kiçik
    4 years ago
  • Emiraslan Rustamov
    Müəllim vuran yerdən gül bitər
    4 years ago
  • Aysəm Əsgərov
    Müəllimləri tumanlatında zərf daşıtdırmaqnnan hörmətdən saldız!
    4 years ago
  • Məsmə
    burda gunah tehsil idareciliyindedi zeif idareetmeni bacarmayanlari getirib 100 muellimin ustunde rehber qoyurlar.Eger sagird muellimden,mejtebden cekinmirse burda problem mektebdedi demeli idarecilik duzgun qurulmayib
    4 years ago
  • Aida Mamedova
    Muellimlerin huquqlari azaldilmasaydi bu kimi hallar bas vermezdi.Muellim iwini itirmemek ucun uwaqlarin ozbasnaligina goz yummaq mecburiyyetinde qalir.Netice de goz qabaginda. Muellimin icazesi olmadan kimliyinden asili olmayaraq auditoriyaya hec kim daxil ola bilmez eslinde.Auditoriya 45 deqiqe muellimin ixtiyarindadi.Baxaq gorek bu indiki veziyyetde beledirmi?Elbette ki yox.
    4 years ago
  • Rəşad
    Bunların başında duran Valdeyin səhlənkarlığı.. yaxşı övladlarını tərbiyə etmemesi.
    4 years ago
  • Mahammad
    Qudurgan usaq gelib hormetsizlik edir sonrada problemler baslayir
    4 years ago
  • Sedaqet
    Muellim huquqlari azaldiqca.maaw yeterince olmayana geder wagirdler muellimlerw hormet etmeyecek.muellime ne 2 yazmaq.ne sinifden qovmaq .ne sinifde saxlamaqa imkan verilmir.sonra de deyir ruwvwt verib kecerem
    4 years ago