Yüz minlərlə insanı vurdu: Taylandda böyük fəlakət

saytların hazırlanması

Evə çatdırılma

Yüz minlərlə insanı vurdu: Taylandda böyük fəlakət

Dünya

28 Sentyabr 2026 07:27 75


Taylandda günlərdir davam edən güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində yüz minlərlə insan zərər çəkib.

“Yeni Sabah” xəbər verir ki, Tayland Fəlakətlərin Qarşısının Alınması və Azaldılması İdarəsinin məlumatına görə, güclü yağışlar ölkənin 25 vilayətində 545 mindən çox insana təsir edib. Son 10 gündə daşqınlar səbəbindən 8 nəfər həyatını itirib. Paytaxt Banqkokda 50 rayon fəlakət zonası elan edilib. Burada təxminən 52 min ev su altında qalıb, 5 minə yaxın sakin isə sığınacaqlara köçürülüb. Güclü yağışlar səbəbindən Banqkokda bu gün və çərşənbə axşamı rəsmi istirahət günü elan edilib.

Taylandın baş naziri və daxili işlər naziri Anutin Çarnvirakul bu gün Banqkokda daşqınlardan ən çox zərər çəkən ərazilərə baş çəkib. Baş nazir bildirib ki, hökumət bütün imkanları ilə zərərçəkənlərə yardım göstərməyə çalışır. Onun sözlərinə görə, hazırda əsas diqqət həyati təhlükəsi olan insanların xilas edilməsinə yönəldilib. Səfər zamanı bəzi sakinlər hökumətin gördüyü tədbirlərin kifayət etmədiyini bildirərək narazılıqlarını ifadə ediblər. Toyuqlu pizza

Ölkə üzrə davam edən güclü musson yağışlarının yaratdığı fəsadların aradan qaldırılması üçün ordu da yardım işlərinə cəlb olunub. Hərbçilər yük maşınları və qayıqlardan istifadə edərək sakinlərin təhlükəsiz ərazilərə çatdırılmasına, eləcə də çətin vəziyyətdə olan evlərə ərzaq və su aparılmasına kömək edirlər. Banqkokun qubernatoru Çadçart Sittipunt bildirib ki, yağışlar dayandıqdan sonra suyun çəkilməsi sürətləndiriləcək. Lakin yüksəkliklərdən şəhərə axan su səbəbindən bəzi ərazilərin tamamilə qurumasının bir neçə gün çəkə biləcəyi qeyd olunub.

Daşqınlar Banqkokdakı iki beynəlxalq hava limanında da işə təsir edib. Suvarnabhumi hava limanında bəzi xidmət əməkdaşlarının hava limanına çata bilməməsi və avadanlıqla bağlı problemlər səbəbindən uçuşlarda və baqajların təhvil verilməsində gecikmələr yaşanıb. Tayland Mülki Aviasiya İdarəsi sərnişinlərə uçuşdan ən azı 3 saat əvvəl hava limanına gəlməyi tövsiyə edib. Səlahiyyətli qurumlar əhaliyə rəsmi xəbərdarlıqları izləmək, təhlükəli ərazilərdən uzaq durmaq və təxliyə barədə göstəriş verildikdə vaxt itirmədən təhlükəsiz ərazilərə getmək çağırışı edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!