Zakir Həsənov səs vermək üçün növbədə gözlədi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov səs vermək üçün növbədə gözlədi - Foto

Siyasət

29 Yanvar 2025 21:33 2184


Müdafiə naziri general-polkovnik Zakir Həsənov bələdiyyə seçkilərində səs vermək üçün növbədə gözləyib.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Z.Həsənov səsvermə bülletenini götürmək üçün məntəqə seçki komissiyasının üzvlərinin əyləşdiyi masaya yaxınlaşıb. Bu zaman orada başqa seçicilər də olub. Müdafiə nazirinə növbədə gözləmədən bülleten verilməsi təklif olunub. Lakin o, bununla razılaşmayıb və gözləyib. Marqarita pizza

Z.Həsənov növbəsi çatanda bülleteni götürüb, səsvermə kabinəsinə keçərək səsvermə hüququndan istifadə edib və məntəqədən ayrılıb.

Qeyd edək ki, bu gün - yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!