Zakir Həsənov Türkiyənin Müdafiə naziri ilə cəbhədəki vəziyyəti müzakirə etdi
27 Sen 2020 18:31
252

Zakir Həsənov Türkiyənin Müdafiə naziri ilə cəbhədəki vəziyyəti müzakirə etdi

Azərbaycan Müdafiə naziri Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hülusi Akar arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, “Haber Global”ın yaydığı məlumata görö, Ermənistan qüvvələrinin Azərbaycanın mülki yaşayış ərazilərinə hücumlarını qınayan Akar Türkiyənin hər zaman azərbaycanlı qardaşlarının yanında olduğunu vurğulayıb.

Türkiyəli nazir cəbhədəki son vəziyyət barədə məlumat alıb və şəhid olan azərbaycanlı qardaşlarına rəhmət, yaralananlara isə şəfa diləyib.

“Ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlarımızla Azərbaycan türkü olan qardaşlarımızın yanında olacağıq”, - deyə o qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər